Türk müdafiəçi "Ayaks"a transfer olur

"Trabzonspor"un akademiyasında yetişən və hazırda əsas komandada çıxış edən Ahmetcan Kaplan karyerasını Avropada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi "Ayaks"a transfer olacaq.

 

Çempionlar Liqası pley-off mərhələsinin "Kopenhagen"lə ilk oyunu üçün komanda ilə birlikdə Danimarkada olan gənc futbolçu oradan bir başa Niderlanda gedəcək və yeni klubu ilə müqavilə imzalayacaq. "Ayaks" bu keçid üçün Qara Dəniz təmsilçisinə 9,5 milyon avro ödəyəcək.

 

"Trabzonspor"la 2026-cı ilə qədər müqaviləsi olan Ahmetcan Kaplan son mövsümdə əsas komandanın heyətində 18 rəsmi matçda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

Tarix: 16 Avqust 2022 / 15:17
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017