Qara Qarayev: "Azarkeşlərdən daha çox dəstək gözləyirik"

"Qarabağ" sabah Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Qara Qarayev matçdan əvvəl sosial şəbəkə hesabında paylaşım edib. 30 yaşlı yarımmüdafiəçi azarkeşlərə səslənib:

 

"Sabah növbəti tarixi oyunumuz var. Evdə daim 12 nəfərlə çıxış edirik. Azarkeşlərdən daha çox dəstək gözləyirik. Biz birlikdə "Qarabağ"ıq!"

 

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" qarşılaşması sabah saat 20:45-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Tarix: 16 Avqust 2022 / 17:08
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017