"Fənərbaxça"nın hücumçusu Belçika klubunda

Türkiyənin "Fənərbaxça" klubu hücumçu Mbvana Samattanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı forvard karyerasını Belçikada davam etdirəcək. Tanzaniyalı futbolçu 2022/2023 mövsümünü icarə əsasında "Genk" klubunda keçirəcək.

 

Samattanın illik 2 milyon 750 min avroluq maaşını klublar yarı-yarıya ödəyəcək. İcarə müddəti bitdikdən sonra "Genk" 4 milyon avro ödəməklə təcrübəli oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

 

Qeyd edək ki, "Fənərbaxça" Mbvana Samattanı 2020-ci ilin yayında "Aston Villa"dan 6 milyon avroya transfer etmişdi. Futbolçu son mövsümü icarə əsasında Belçikanın "Antverp" klubunda keçirib. O, komandanın heyətində meydana çıxdığı 39 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 16 Avqust 2022 / 17:38
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017