Samir Əliyev: "Qrupdan çıxacağımıza bir o qədər də əmin deyildik"

V İslam Həmrəyliyi Oyunlarının 3-cü yer uğrunda oyunda bu gün keçirmiş Azərbaycan U-23 – Əlcəzair U-23 qarşılaşmasından sonra milli komandamızın baş məşqçisi Samir Əliyev AFFA-nın saytına açıqlama verib.

 

Sportal.az 43 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

 

“Daha əvvəl də dediyim kimi, turnirə gələndə heyətlə bağlı bir sıra çətinliklərlə üzləşdik, tam olaraq istədiyimiz heyəti gətirə bilmədik. Rəqiblərlə müqayisədə çox gənc heyətlə mübarizə apardıq. Etiraf edək ki, qrupdan çıxacağımıza bir o qədər də əmin deyildik. Amma uşaqlar bütün bacarıqlarını ortaya qoyub yarımfinala vəsiqə qazandılar. Təəssüf ki, finala yüksələ bilmədik. Bürünc medallar uğrunda gərgin mübarizə oldu. Oyunun gedişi də onu göstərirdi ki, qalib penalti seriyasında müəyyənləşəcək. Yekunda penalti zərbələrini daha dəqiq yerinə yetirərək qalib gəldik.

 

Turnirdə güclü rəqiblərlə qarşılaşdıq. Demək olar ki, komandalar ən güclü futbolçuları ilə mübarizə aparırdı. Biz isə, əsasən, əksəriyyəti qarşıdakı seçmə mərhələdə U-21-ə dəvət alacaq gənclərlə çıxış etdik. İslam oyunlarında keçirdiyimiz 4 oyun həm biz məşqçilər, həm də futbolçularımız üçün yaxşı təcrübə oldu. Bu cür oyunlar 21 yaşlıların seçmə mərhələ oyunlarında yaxşı nəticə qazanmaq baxımından faydalı olacaq”.

Tarix: 16 Avqust 2022 / 18:30
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017