"Viktoriya"nın futbolçusu: "Çalışacağıq ki, yaxşı müdafiə olunaq"

Çexiyanın "Viktoriya" klubu Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Plzen təmsilçisinin müdafiəçisi Yan Kopiç açıqlama verib:

 

- Altı il öncə bu stadionda oynamışdınız. Təəssüratlarınız necədi?

- Çox yaxşı yadımdadı hər şey. Stadionun vəziyyəti çox yaxşı idi. Burada uğurlu nəticə qazanmışdıq. Yüngül zədəm olsa da, 90 dəqiqəni oynamaq elə də çətinlik yaratmayacaq.

 

- Altı il əvvəl burada oynayanda böyük basqı var idi sizə. İndi də elə atmosfer gözləyirsiz?

- "Qarabağ" altı il öncəki yenə oyunu nümayiş etdirir. Oyun stilləri dəyişməyib. Hücumameyilli oyunçulardan daha çox istifadə edirlər. Çalışacağıq ki, yaxşı müdafiə olunaq və müəyyən şanslar olanda bundan istifadə edək.

 

- Altı il əvvəl bəxt sayəsində "Qarabağ"ı keçə bilmişdiniz. Bu fikirlə razısan? Səncə, sabah da bəxt sizin tərəfinizdə olacaq?

-Bəli, yadımdadı, şans nəticəsində qalib gəlmişdik. Amma sabahkı oyunda şansa o qədər ümid bəsləmək istəmirik. Öz oyunumuz və texnikamızla qalib gəlmək istəyirik.

 

Mirbağırağa

Tarix: 16 Avqust 2022 / 19:52
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30  DekabrSentyabr 2017