"Olimpiakos"un legionerləri "Qarabağ"a qarşı oynamaya bilər

Yunanıstanın "Olimpiakos" klubu Avropa Liqasının G qrupunun 3-cü turunun Pireydə “Qarabağ”a qarşı keçiriləcək matçından öncə daha itki ilə üzləşib.

Sportal.az “Kathimerini”yə istinadən xəbər verir ki, Pirey klubunun üzvləri - Tomaş Vaçlik və Hvanq Iy Co müvafiq olaraq Çexiya və Cənubi Koreya millilərində zədələnib.

Hər iki oyunçu ikinci hissədə əvəzlənib.

Ona görə də həm Vaçlik, həm də Hvanqın oktyabrın 6-da “Qarabağ”a qarşı keçiriləcək matçda meydanda olmayacağı ehtimal edilir. 

Tarix: 28 Sentyabr 2022 / 11:40
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7 Dekabr 2022
6  DekabrDekabr 2017