Azərbaycanlı futbolçu Avropa çempionatında oynayacaq: "Hər şey sənin üçündür Ukrayna" - FOTO

Ukraynanın U-21 yığması Avropa çempionatında çıxış edəcək.

Sportal.az xəbər verir ki, Ruslan Rotanın rəhbərlik etdiyi kollektiv pley-off matçlarında Slovakiyadan olan həmyaşıdlarını məğlub ediblər. 

Səfərdə rəqibinə 2:3 uduzan ukraynalılar, Polşada keçirilən ev görüşündə Danila Sikanın het-triki sayəsində 3:0 qalib gəlib. 

Ukraynanın U-21 yığmasının azərbaycanlı futbolçu Eldar Quliyev bu iki görüş üçün milliyə cəlb edilsə də, heç bir oyunda meydana çıxmayıb. Quliyev sosial şəbəkədə komandasının uğuru barədə paylaşım edərək bunları yazıb: "Hər şey sənin üçündür Ukrayna! Biz Avropa çempionatındayıq".

Xatırladaq ki, U-21 yığmalarının Avropa çempionatı gələn il keçiriləcək və ev sahibi Gürcüstanla Rumıniyadı.


Mirbağırağa

Tarix: 28 Sentyabr 2022 / 14:23
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7 Dekabr 2022
6  DekabrDekabr 2017