Azərbaycan çempionatı gələn ay start götürəcək

Gələn ay kişilər arasında basketbol üzrə 28-ci Azərbaycan çempionatı start götürəcək.

Sportal.az xəbər verir ki, yeni mövsümdən çempionatda 8 klub mübarizə aparacaq. 

Artıq həmin komandaların adı da bəlli olub. 

Yeni mövsümdən çempionatda "AAAF Xırdalan", "Gəncə", NTD, "Neftçi", "Olimpik Şəki", "Sərhədçi", "Sabah" və "Zirvə Astara" klubları oynayacaq. Çempionatda 4 dövrə oynanıldıqdan sonra pley-off görüşləri oynanılacaq. Yarımfinalda iki qələbə qazanan finala adlayacaq. Həlledici mərhələdə isə komanda üç qələbə qazanmaqla çempionluğu əldə edəcək.

Oktyabrın 1-də Sərhədçi İdman kompleksində miniturnir keçiriləcək. 

Tarix: 28 Sentyabr 2022 / 14:38
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017