İtaliya klubu 21 yaşlı üçün 30 milyon avro ödəməyə hazırdı

"Ayaks" və Niderland millisnin mərkəz müdafiəçisi Yurren Timber İtaliyaya yollana bilər.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, gənc futbolçu "Roma"nın transfer siyahısındadı.

"Canavarlar" artıq "Ayaks"a ilkin təklifini də irəli sürüb. "Bavariya" və "Mançester Yunayted"in də transfer siyahısında yer alan 21 yaşlı futbolçu üçün "Ayaks" 30 milyon avro tələb edir. "Roma"nın bu məbləği ödəyərək qışda Timberi heyətinə qatmağa hazır olduğu iddia edilir.

2020-ci ildən əsas komandada çıxış edən Timber ötən ildən Niderlandın əsas millisində çıxış edir.

Tarix: 28 Sentyabr 2022 / 15:51
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017