İstanbul derbisinin hakimləri açıqlandı

Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisini Volkan Bayarslanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

 

Yan xətt hakimləri Aleks Taşçıoğlu və Selahattin Altay olacaq. Dördüncü hakim funksiyasını Adnan Deniz Katayepe yerinə yetirəcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması 2 oktyabr tarixində Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Tarix: 28 Sentyabr 2022 / 17:10
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017