"Barselona"nın müdafiəçisi əməliyyat olundu: DÇ-ni buraxa bilər

Uruqvay millisinin düşərgəsində zədələnən Ronald Arauxo əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, əzələsindən xəsarət alan 23 yaşlı müdafiəçi Finlandiyanın Turki şəhərində uğurlu əməliyyat keçirib. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

"Barselona"nın futbolçusunin yaşıl meydanlara nə vaxt qayıdacağı bərpa prosesindən asılı olacaq. Arauxonun bərpa prosesi uzan çəksə, onun dünya çempionatını buraxmaq ehtimalı var.

 

Qeyd edək ki, Ronald Arauxo cari mövsümdə "Barselona"nın heyətində 7 rəsmi matçda meydana çıxıb.

Tarix: 28 Sentyabr 2022 / 17:26
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017