İstanbul derbilərində azarkeş qadağası

Türkiyənin üç böyük klubunun arasında keçiriləcək derbilərə qonaq komanda azarkeşləri buraxılmayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar verib.

 

"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" arasında İstanbulda keçiriləcək Super Liqa və Türkiyə Kuboku matçları qonaq komandanın fanatları olmadan baş tutacaq. Valilik bu qərarın klubların razılığı əsasında verildiyini bildirib.

Tarix: 29 Sentyabr 2022 / 12:42
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

3 Dekabr 2022
2  DekabrDekabr 2017