"Sabah"ın sabiq üzvü Qriqorçukun komandasında oynayacaq

"Səbail" və "Sabah" klublarının formasını geyinmiş Kevin Kubemba Ukraynada oynayacaq.

Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Çernomorets"lə anlaşıb.

Onunla bir illik müqavilə imzalanıb.

Hazırda Odessa klubunu "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır. 

Kubemba 2018-2019-cu illərdə "Səbail"də, 2019-2021-ci illərdə isə "Sabah"da forma geyinib. O, Azərbaycan Premyer Liqasında ümumilikdə 54 oyunda 10 qol vurub.

​Konqolu futbolçu 2018-2019-cu ildə “Səbail”, 2019-2021-ci illərdə isə “Sabah” forması geyinib. O, son olaraq Malayziyanın “Kuala-Lumpur Siti” klubunda oynayıb.

Tarix: 30 Sentyabr 2022 / 13:17
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017