Yığma komandamızın forvardı Türkiyə klubundan ayrıldı

Azərbaycanın U-21 yığmasının forvardı Mustafa Yıldırım klubsuz qalıb.

Sportal.az xəbər verir ki, türkiyəli hücumçu “İstanbulspor”dan ayrılıb. 20 yaşlı hücumçu böyük ümidlərlə müqavilə imzaladığı İstanbul klubunda qalası olmayıb.

Forvard klubdan ayrılması haqda sosial şəbəkədə də paylaşım edərək bunları yazıb: "İstanbulspor"la olan sözləşməmə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu günə qədər mənə etdikləri hər şey üçün kluba təşəkkür edirəm".

​Əsas komandada oynamaq şansı qazanmayan forvardın bundan sonra hansı komandada oynayacağı bəlli deyil. “Alanyaspor” yetirməsi olan Mustafa “İstanbulspor”la müqavilə imzalasa da, “Pazarspor”da icarə əsasında çıxış edib.

Yıldırım U-19 yığmamızda da oynayıb. 

Mirbağırağa

Tarix: 30 Sentyabr 2022 / 13:33
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017