"Kəpəz" Xorvatiyadan qapıçı gətirir

Ştefan Kupiç transferindən vaz keçən “Kəpəz” indi də xorvatiyalı qolkiperlə maraqlanır.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi Mario Mustapiçi transfer etmək niyyətindədi.

“Kəpəz” 23 yaşlı qolkiperi yaxın günlərdə heyətə cəlb edə bilər. Mustapiç “Maksimir”in yetirməsidi.

O, “Sesvete”, “Dubrava”, “Rudeş” klublarında oynayıb. 

Xatırladaq ki, komandanın baş məşqçisi Tərlan Əhmədov Ştefan Kupiçi sərəncamında görmək istəyib. Amma onun əvvəllər "Ararat-Armeniya"da oynaması və 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistana dəstək verməsi Azərbaycana gəlişinə mane olub.

Tarix: 30 Sentyabr 2022 / 14:14
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017