"Qalatasaray"ın ulduzu liderə qarşı oynamayacaq

"Qalatasaray" Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində səfərdə "Adana Demirspor"un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Adanaya ciddi itkilərlə yollanıb.

 

Belə ki, komandanın hücumçusu Mauro İkardi və yarımmüdafiəçi Yusuf Demir Super Liqanın lideri ilə görüşdə meydana çıxa bilməyəcək. Zədəsi olan futbolçuların adı səfərə gedən heyətə daxil edilməyib.

 

Qeyd edək ki, "Adana Demirspor" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Tarix: 30 Sentyabr 2022 / 17:12
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017