"Olimpiakos"da Marselo şoku: Xroniki zədəsi var

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.


Sportal.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərə görə, braziliyalı sol cinah müdafiəçisinin bud əzələsində xroniki zədə var. Bu səbəbdən 35 yaşlı futbolçunun Pirey təmsilçisində debütü ləngiyəcək.


"Olimpiakos" son klubu "Real" olan Marselonu azad agent statusu ilə heyətinə qatıb.

 

Qeyd edək ki, "Qarabağ" Olipiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Tarix: 30 Sentyabr 2022 / 18:19
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017