Nazarov qol vurdu, komandası qələbə qazandı

Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ertsebirge" doğma meydanda "Meppen"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Nazarov 45+5-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

 

Xallarını 6-ya yüksəldən "Ertsebirge" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Tarix: 30 Sentyabr 2022 / 22:58
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2022
29  DekabrNoyabr 2017