AFFA "Sabah"ın apellyasiya şikayətini təmin etmədi

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda 2 qərarın qüvvədə qalması qənaətinə gəlinib:

1. "Sabah" Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA-nın İntizam Komitəsinin 09.09.2022-ci il tarixində “Sabah” FK barədə qəbul etdiyi 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası qüvvədə saxlanılsın.

Xatırladaq ki, Premyer Liqanın 5-ci turunda "Səbail"lə qarşılaşan "Sabah" (0:0) azarkeşlərinin meydançaya kənar əşyalar atdığı üçün 1600 manat cərimə olunmuşdu.

Tarix: 4 Oktyabr 2022 / 10:35
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

3 Dekabr 2022
2  DekabrDekabr 2017