"Qarabağ" sabah Yunanıstana yollanacaq

UEFA Avropa Liqasının qrup mərhələsində "Olimpiakos" ilə qarşılaşacaq "Qarabağ" oktyabrın 5-i Yunanıstana yollanacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisini Yunanıstana aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 5-i saat 16:30-da (Bakı vaxtı ilə 18:30) Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə (Bakı vaxtı ilə 23:00) matçın keçiriləcəyi Georgios Karaiskakis stadionunda Ağdam klubunun media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Tarix: 4 Oktyabr 2022 / 13:09
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

3 Dekabr 2022
2  DekabrDekabr 2017