"Çelsi"dən "Milan"a

"Çelsi"nin futbolçusu Hakim Ziyeş iş yerini dəyişə bilər.

Sportal.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, mərakeşli futbolçu "Milan"a keçməyə yaxındı.

"Rossonyerlər" Ziyeşi transfer etmək üçün onun meneceri ilə əlaqə saxlayıb.

London klubunda əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçinin transfer qiymətinin yüksək olması bu keçidə mane ola bilər. "Milan" ən pis halda afrikalını icarəyə götürəcək.

Tarix: 4 Oktyabr 2022 / 14:52
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

4 Dekabr 2022
3  DekabrDekabr 2017