Azərbaycan təmsilçisi nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi

İtaliyanın paytaxtı Romada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü konqresi başlayıb.

 

Sportal.az Sports.az-a istinadən xəbər verir ki, konqresdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndə heyəti də iştirak edir.

 

Bu gün qurumun aparıcı qitə təşkilatı - Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə seçkilər olub. 

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadə səs çoxluğu ilə Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə üzv seçilib. 

 

Səsvermədə iştirak edən 39 Avropa ölkəsindən 31-i Nərgiz Mahmudzadəyə səs verib.

 

Konqres oktyabrın 6-na kimi davam edəcək.

 

 

 

 

Tarix: 4 Oktyabr 2022 / 19:07
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

3 Dekabr 2022
2  DekabrDekabr 2017