"Bu kollektivdə gələcəkdə Azərbaycan futbolunu təmsil edəcək yetərincə oyunçu var"

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Zaur Hacıyev fikirlərini klubun rəsmi saytına açıqlayıb: 

 

“Riskli oyun olmalı idi. Çünki biz 0:3 hesablı oyunda dönüş yaratmaq istəyirdik. Daha çox hücumlara atılmalı, qol vurmalı idik. Bu, oyunun əvvəlində reallaşmasa da, qarşılaşmanın gedişində üstünlüyü ələ aldıq. Komandadan razıyam. Verilən tapşırıqları yerinə yetirdilər. Amma bir top fərqi ilə öndə olanda iki qol buraxmağımız sevindirici hal deyil. Düşünürəm ki, futboldur, səhvlər oyunudur. Fərdi səhvlərdən qollar buraxdıq. Amma komanda olaraq yaxşı mübarizə apardıq. İnanıram ki, bu kollektivdə gələcəkdə Azərbaycan futbolunu təmsil edəcək yetərincə oyunçumuz var. Bu da sevindirici haldır”.

Tarix: 4 Oktyabr 2022 / 20:22
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

3 Dekabr 2022
2  DekabrDekabr 2017