Yunanıstan mətbuatı: "Real"ın sabiq üzvü "Qarabağ"la oyunlarda iştirak etməyəcək

Yunanıstanın "Olimpiakos" klubunun braziliyalı yeni transferi Marselo Avropa Liqasının G qrupunun 3-cü və 4-cü turunun "Qarabağ"a qarşı oyunlarını buraxacaq.

Sportal.az "Sportdog"a istinadən xəbər verir ki, Braziliya millisinin və "Real"ın sabiq müdafiəçisi ən yaxşı halda oktyabrın 15-20-dən sonra keçiriləcək matçlara hazır olacaq.

Bu isə o deməkdir ki, Marselo "Qarabağ"la Pireydə (6 oktyabr) və Bakıda (13 oktyabr) keçiriləcək oyunlarda iştirak etməyəcək.

Amma böyük ehtimalla, Superliqanın əvvəlki turunun “Atromitos”la (2:0) görüşündə olduğu kimi qarşıdakı matçlarda da Marselonun adı iştirak ərizəsinə daxil ediləcək.

Tarix: 5 Oktyabr 2022 / 12:35
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

4 Dekabr 2022
3  DekabrDekabr 2017