"Qarabağ"ın rəqibinin baş məşqçisi koronavirusa yoluxdu

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq"un baş məşqçisi Kristian Ştrayx koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssis bu səbəbdən qrup mərhələsinin 3-cü turunun "Nant"la oyunundan əvvəl keçirilən mətbuat konfransına onlayn formatda qoşulub.

 

Qeyd edək ki, "Qarabağ" ilk turun oyununda səfərdə "Frayburq"a 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında ikinci görüş 3 noyabr tarixində Bakıda baş tutacaq.

Tarix: 5 Oktyabr 2022 / 17:27
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

3 Dekabr 2022
2  DekabrDekabr 2017