Niderland, Seneqal, ABŞ və İngiltərə 1/8 finalda - YENİLƏNİB

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində üçüncü tura start verilib.

Sportal.az xəbər verir ki, A və B qruplarında son turun oyunları oynanılır.

A qrupunda 4 xala malik Niderland Qətəri sınağa çəkib. 2:0 hesablı qələbə qazanan Avropa təmsilçisi qrup lideri kimi 1/8 finala yüksəlib. Qrupun digər oyununda isə Seneqal Ekvadoru 2:1 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə əldə edib.

B qrupunda İngiltərə millisi Uelslə üz-üzə gələcək. ABŞ isə İranla qarşılaşacaq.

29 noyabr

A qrupu

Ekvador - Seneqal 1:2 

Qollar: Moyzes Kaysedo, 68 - İsmaila Sarr, 44 (pen), Xalidu Kulibali, 70
 

Niderland - Qətər 2:0

Qollar: Kodi Qakpo, 27, Frenki de Yonq, 50

B qrupu

İran - ABŞ 0:1

Qol: Kristian Pulişiç, 39
 

Uels - İngiltərə 0:3

Qollar: Markus Reşford, 50, 68, Fil Foden, 52

Tarix: 30 Noyabr 2022 / 01:03
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

8  DekabrFevral 2017