UEFA "Nant"ın "Qarabağ"la oyundakı qayda pozuntusuna görə cəzasını dəyişdi

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının G qrupunun 5-ci turunun “Nant”- “Qarabağ” (2:1) matçında Fransa klubuna verdiyi cəzanın bir hissəsini ləğv edib.

Sportal.az xəbər verir ki, “Nant” 42 min avroluq cərimə və klubun növbəti ev oyunu üçün tribunalardan birinin bağlanması ilə bağlı apellyasiya şikayəti etmişdi. 

Apellyasiya şikayəti qismən təmin edilib.

​Belə ki, tribuna bağlanmayacaq. Lakin “Nant” bu dəfə 50 min avro cərimə ödəməli olacaq.

​Eyni zamanda, sözügedən stadionun qismən bağlanması ilə bağlı kluba 2 il sınaq müddəti verilib.

 

Tarix: 29 Noyabr 2022 / 12:19
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

9 Fevral 2023
8  DekabrFevral 2017