Qırğızıstan millisinin qapıçısı: "Emilin gəlişi mənim üçün çağırış idi"

Qırğızıstan milli komandasının qapıçısı Erjan Tokotaev millimizin qapıçısı Emil Balayev haqda danışıb.

Sportal.az "Sport.kg" portalına istinadən xəbər verir ki, 22 yaşlı qolkiper Qazaxıstanın "Turan" klubunda birlikdə çıxış etdiyi və rəqabət apardığı yığma komandamızın qapıçısı barədə bunları deyib:

"Turan" mövsüm başlamamış əvvəl Azərbaycandan qapıçı ilə müqavilə imzalayanda nə hiss etdim? Dostlar, qohumlar dəstək üçün mesajlar göndərirdilər. Çox da narahat deyildim. Əksinə, özümü sübut etmək üçün bunu motivasiya kimi qəbul etdim. Emillə toplanışdan sonra müqavilə imzaladılar. Ancaq özü yox idi. Onun gəlişi ilə nəyə qadir olduğumu, səviyyəli qapıçı ilə rəqabət apara bilərəm, ya yox, bunu görmək mənim üçün çağırış idi. Emillə işləmək çox xoş idi və onunla tanışlığımdan da məmnunam".

Tokotayev 2022-ci ildə Qırğızıstanın "Alqa" klubundan "Turan"a keçmişdi.

 

Tarix: 29 Noyabr 2022 / 17:34
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

8  DekabrFevral 2017