"Meydanda olsaydı, daha sürətli hücumlar təşkil edə bilərdik"

"Maraqlı oyun alındı. İkinci hissədə qol epizodları bol oldu. Ədalətli nəticə elə heç-heçə idi. Qələbə də qazana bilərdik. Ancaq alınmadı. Halbuki futbolçular yaxşı oynadı. Çoxdandır ki, azarkeşlərimizi sevindirmək istəyirik. Onlar qələbəyə layiqdirlər. Yəqin ki, növbəti oyunlarda bunu reallaşdırarıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 15-ci turunun "Qəbələ" (1:1) ilə oyunundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Vüsal İsgəndərlinin yoxluğu hiss edilirdi?
- Bu dəqiqə bizdə hər kəsin yoxluğu hiss edilir. Vüsal cəzalı durumda idi. Meydanda olsaydı, daha sürətli hücumlar təşkil edə bilərdik.

- Qışda komandadan gedənlər olacaq?
Dəyişikliklər olacağı gözlənilir. İlin sonuna qədər üç oyunumuz qalıb. Elə bu oyunlara görə qərarımızı verəcəyik. Futbolçuların performansından çox şey asılıdır.

- Elvin Bədəlovun çıxışından razı qaldınız?
-
Elvinin pis oynadığını düşünmürəm. Oyun epizodunda hər müdafiəçi səhv edir. Amma ümumilikdə müdafiə xəttimiz pis deyildi. Bədəlov özü də yaxşı oynadı.

Mirbağırağa

Tarix: 29 Noyabr 2022 / 18:41
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

2 Fevral 2023
1  DekabrFevral 2017