"Yuventus"un yeni prezidenti bəlli oldu

İtaliyanın "Yuventus" klubunun yeni prezidenti bəlli olub.


Sportal.az xəbər verir ki, Turin təmsilçisinə Canluka Ferrero rəhbərlik edəcək. Bu barədə klubun səhmlərinin sahibi olan "Eksor Holdinq" şirkətindən məlumat verilib.

 

Ferrero 18 yanvar 2023-cü il tarixində keçiriləcək prezident seçkilərinə qədər İtaliya klubuna rəhbərlik edəcək.


Qeyd edək ki, dünən "Yuventus"un prezidenti Andre Anyelli də daxil olmaqla idarə heyəti istefa verib.

Tarix: 29 Noyabr 2022 / 19:54
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

9 Fevral 2023
8  DekabrFevral 2017