"Zenit"in müdafiəçisini "Neftçi" və "Qarabağ" istəyir

Qazaxıstan milli komandasının müdafiəçisi Nuralı Alip “Zenit”dən ayrıla bilər.

Sportal.az “Евро-Футбол” portalına istinadən xəbər verir ki, Sankt-Peterburq klubunda oyun praktikasından əziyyət çəkən Nuralının xidmətində Azərbaycan klubları maraqlıdır. 

Belə ki, rusiyalı həmkarlarımızın iddiasına görə, “Neftçi” və “Qarabağ” onu heyətinə qatmaq istəyir.  Onun “Nijni Novqorod”a keçmək variant da var.

22 yaşlı futbolçu 2018-ci ildən 2022-ci ilə qədər “Kayrat”da çıxış edib.

 

Tarix: 2 Dekabr 2022 / 10:30
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

2 Fevral 2023
1  DekabrFevral 2017