Rüfət qol vurdu, "Şalke"dən darmadağın

Almaniyanın Qərb Regional Liqasında XIX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası evdə “Köln”ün əvəzedici heyəti ilə qarşılaşıb. Matç"Şalke"nin 5:0 hesablı qələbəsiylə başa çatıb.

Rüfət Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. 30 yaşlı forvard 29-cu dəqiqədə "Şalke"ni önə keçirən qola imza atıb.

“Şalke”nin ikinci komandası 19 turdan sonra 30 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Tarix: 3 Dekabr 2022 / 11:51
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

2 Fevral 2023
1  DekabrFevral 2017