Belçikanı millimizlə oyuna Anri çıxara bilər

Belçika milli komandasının yeni baş məşqçisi Tyerri Anri ola bilər.

 

Sportal.az xəbər verir ki, Roberto Martinesin istefasından sonra boş qalan posta ən real namizəd fransalı mütəxəsisdir. Digər namizəd isə millinin sabiq kapitanı, hazırda İngiltərənin "Bernli" klubunu çalışdıran Vensan Kompanidir.

 

Qeyd edək ki, Belçika yığması Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Millimiz "qırmızı şeytanlar"la ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

Tarix: 3 Dekabr 2022 / 12:25
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

2 Fevral 2023
1  DekabrFevral 2017