Braziliya millisi 24 il sonra bunu yaşadı

Braziliya milli komandası DÇ-2022-nin G qrupunun son turunda Kameruna 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, bununla da, "sambaçılar" 24 il sonra dünya çempionatının qrup mərhələsində meydanı xalsız tərk edib.

 

Braziliya millisi sonuncu dəfə 1998-ci ildə Fransada təşkil olunmuş mundialda Norveçə məğlub olmuşdu (1:2). Bunun nəticəsində Titenin komandasının dünya çempionatlarının qrup mərhələsindəki 17 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

 

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq Braziliya millisi qrup lideri kimi 1/8 finala yüksəlib. Cənubi amerikalılar bu mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

Tarix: 3 Dekabr 2022 / 13:07
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

2 Fevral 2023
1  DekabrFevral 2017