"Kəpəz"in futbolçusu: "Qələbə qazanmaqdan başqa yolumuz yoxdur"

"Kəpəz"in yarımmüdafiəçi Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, futbolçu "Sumqayıt" ilə oyun öncəsi fikirlərini bölüşüb:

 

"Yaxşı oyuna və nəticəyə köklənmişik. Bundan əvvəlki turda qələbəyə yaxın olsaq da, bir xalla kifayətlənməli olduq. Ona görə də indi qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Oyuna yaxşı hazırlaşmışıq. Bilirəm ki, azarkeşlərimiz də bizdən yalnız qələbə gözləyirlər. Bizim yaxşı heyətimiz var. Komandanın potensialı daha yuxarı pillələrdə yer almağa imkan verir. Futbolçular da özlərinə inanırlar. Bunun sayəsində yaxşı nəticə əldə edəcəyik. Öz çıxışıma gəlincə, göstərdiyim oyundan razıyam. Düşünürəm ki, azarkeşlər də məndən razı qalırlar. "Kəpəz"ə layiqincə xidmət etmək üçün bura gəlmişəm. Mümkün qədər əlimdən gələni edirəm".

Tarix: 3 Dekabr 2022 / 15:15
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

2 Fevral 2023
1  DekabrFevral 2017