Elmar Baxşıyev: "Əlimizdə olan materiala uyğun rotasiya edirik"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Maraqlı oyun alındı. Hər iki komanda dinamik oynamağa çalışdıq. Hava şəraiti ilk dəqiqələrdən çətinlik yaratsa da, sonradan zövq verdi. Komanda şəklində daha çox hücumda olmağı planlaşdırırdıq. Bunun öhdəsindən gəldik. Layiqli qələbə qazandıq.

 

- Qısa müddət ərzində "Qarabağ"la üç oyun keçirəcəksiz. Bunun komandaya təsiri necə olacaq?

- Rəqibdən asılı olmayaraq hər oyun ağırdır. Bizi ehtiyat qüvvənin az olması narahat edir. Komanda şəklində yaxşı mübarizə aparmağa çalışacağıq.


- İkinci qolunuzdan sonra komanda müdafiəyə qapandı. Bunun səbəbi nədir?

- Futbol emosiya oyunudur. Komanda həftə ərzində yaxşı siqnallar verirdi. Rəqib təzyiq göstərir. Müdafiəyə çəkilməyimizin səbəbi həmin təzyiq ola bilər. Amma planımızda nə var idisə, onu meydanda gördüm.


- Strijakı fərqli mövqedə oynatdız. Bu, nə ilə bağlı idi?

- Əgər hücumçunu müdafiəyə buraxıramsa, deməli əlimdə həmin mövqeyə oyunçu yoxdur. Bizim üçün çətindir. Futbolçular universal olmağa çalışmalıdırlar. Əlimizdə olan materiala uyğun rotasiya edirik.


- Ülvi İsgəndərovun çıxışını necə dəyərləndirirsiz?

- Ülvi komandaya 9 xal qazandırıb. O, heyət oyunçusu kimi özünü hiss edir. Kənardan ehtiyat qüvvə kimi görünə bilər. Amma Ülvi bizim əsas üzvümüzdür. 


- Qışda transferlər gözlənilir?

- Rəhbərliklə danışığımız mütləqdir. Çox çətindir. Çempionat uzun marafondur. Ruan Renatonun yoxluğunda İsnik Alimini mərkəz müdafiəçisi mövqeyində oynadırıq. Belə olanda hər şey bir-birinə dəyir. Mən də istəyərəm ki, heyətimiz geniş olsun. Müəyən büdcə ayrılacağı ilə bağlı ümidliyik. 


- Kristofer Atanqana etimadı doğrultmur. Onun əvəzinə gənc, yerli qapıçı heyətə qatmaq daha doğru olmaz?

- Nicat Mehbalıyev "Sabah"a qayıdanda hələ Səlahət Ağayev variantı yox idi. Bu durumda bir nömrəniz Atanqana olacaqdı. Səhvlərə gəldikdə, Səlahət də səhv edir. Heç bir qapıçı səhvdən sığortalanmayıb. Biz klub olaraq Atanqanaya inanırıq. Qarşıdakı matçlarda ona da şans verəcəyik. Mən də istəyərəm ki, yerli qapıçı olsun. Keçən il Nicat var idi, onun üzərində dayanırdıq. Atanqana bizə təklif olunan yerli qapıçılardan 2-3 dəfə az maaş alır. Hər şey büdcəyə bağlanır.


- "Qarabağ"ın "Neftçi"yə 4 qol vurmağı sizi qorxutmur?

- Futbolda hər şey olur. Komanda olaraq düzgün yanaşıb, layiqli müqavimət göstərməyə çalışacağıq.

 

Elçin Əlixan

Tarix: 3 Dekabr 2022 / 17:50
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

2 Fevral 2023
1  DekabrFevral 2017