Türkiyə klubu ukraynalı futbolçu ilə yollarını ayırdı

Türkiyənin "Adana Demirspor" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Yaroslav Rakitski ilə yollarını ayırıb. Bu barədə "mavi şimşəklər"in mətbuat xidməti məlumat yayıb.

 

Ukraynalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

 

Qeyd edək ki, "Adana Demirspor" Yaroslav Rakitskini mövsümün əvvəlində heyətinə qatmışdı. 33 yaşlı futbolçu adanalıların heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Tarix: 3 Dekabr 2022 / 21:42
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

2 Fevral 2023
1  DekabrFevral 2017