Azərbaycan millisinin oyunlarının vaxtı dəqiqləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.

Sportal.az federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan yığmamız mübarizəyə avqustun 18-də qoşulacaq.

Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstandır. 

Yığmamız AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər. Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupumuzda mübarizəyə bir gün sonra yekun vurulacaq.

Qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.

Tarix: 6 Dekabr 2022 / 10:38
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7  DekabrFevral 2017