PSJ italiyalı ilə müqavilə müddətini uzatdı

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Paris klubunda oynamağa davam edəcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı yarımmüdafiəçi ilə müqavilə müddətini uzadıb. 

Yeni müqaviləyə əsasən italıyalı 2026-cı ilə qədər Fransa nəhənginin futbolçusu olacaq.

Verattinin hazırkı klubu ilə əvvəlki müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaqdı.

30 yaşlı futbolçu 2012-ci ildə "Peskara"dan PSJ-ə keçib.

Tarix: 6 Dekabr 2022 / 11:18
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7  DekabrFevral 2017