"Milan"ın baş məşqçisi Fransanın dünya çempionu olmasını istəyir

"Milan"ın baş məşqçisi Stefano Pioli Fransanın 2022-ci il dünya çempionatının qalibi olacağına ümid edir.

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, italiyalı məşqçi klubdakı futbolçularına görə Fransa yığmasına azarkeşlik etdiyini bildirib:

"Oyunlardan sonra futbolçularımla əlaqə saxlayıram ki, onların vəziyyətini öyrənim. Əslində, bu, yeganə çıxış yoludur. Əks halda onlar problem yaşamış olarlar.

Ümid edirəm ki, Fransa Dünya Kubokunu qazanar. Bu komandanı futbolçularım orada oynayır deyə, dəstəkləyirəm. Xoşbəxt və məmnun olan oyunçularla işləmək mənim üçün daha asandır".

Xatırladaq ki, Fransa yığmasının üzvləri - Teo Hernandez və Jiru "Milan"da oynayır.

Tarix: 6 Dekabr 2022 / 11:34
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7  DekabrFevral 2017