Belarusdan qayıdan braziliyalı "Sabah"ın məşqlərinə qoşuldu

“Dinamo”da icarə əsasında çıxış edən Hiqor Qabriel Azərbaycana qayıdıb.

Sportal.az saytına verilən məlumata görə, oyun praktikasını artırmaq üçün yayda Minsk klubuna yollanmış braziliyalı artıq "Sabah"ın düşərgəsindədir.

“Fluminense”dən Masazır klubuna gələn Qabriel artıq komanda ilə birlikdə məşqə də çıxıb. 

O, müqavilə ilə "Sabah"a məxsusdur. Futbolçunun Premyer Liqa təmsilçisi ilə 2024-cü il dekabrın 31-nə qədər müqaviləsi qüvvədədir.

 

Tarix: 6 Dekabr 2022 / 13:55
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

1 Fevral 2023
31  DekabrYanvar 2017