Mbappe bu göstəricidə Ronaldo və Messini qabaqladı

Dünya çempionatının 1/8 final mərhələsinin Polşa ilə görüşündə (3:1) dubla imza atan Fransa millisinin hücumçusu Kilian Mbappe vurduğu qolların sayını 250-yə çatdırıb. 

Sportal.az "Opta"ya istinadən xəbər verir ki, polşalılarla matç fransız üçün 360-cı oyun olub. 

Mbappeyə bu göstəriciyə çatmaq üçün portuqaliyalı hücumçu Kriştiano Ronaldodan (510) 150, PSJ-nin hücumçusu Lionel Messidən (379) 19 oyun az lazım gəlib.

O, dörd oyunda beş qol vurmaqla hazırda Qətərdəki dünya çempionatının bombardiridir. 

Xatırladaq ki, Fransa 1/4 finalda İngiltərə ilə qarşılaşacaq. 

Tarix: 6 Dekabr 2022 / 15:12
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7  DekabrFevral 2017