"Fənərbaxça"nın müdafiəçisi sıradan çıxdı

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi iki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Ezcan Aliosko sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Şimali makedoniyalı sol cinah müdafiəçisi məşq zamanı qasıq nahiyəsindən zədələnib. 30 yaşlı futbolçu 3 həftəlik müalicədən sonra məşqlərə başlayacaq.

 

Qeyd edək ki, "Fənərbaxça" Ezcan Alioskoni mövsümün əvvəlində "Əl Əhli" klubundan transfer edib. Təcrübəli oyunçu "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 17 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 6 Dekabr 2022 / 18:08
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7  DekabrFevral 2017