Azarkeş qrupları Azərbaycan Premyer Liqasını boykot etdilər

"Neftçi"nin azarkeş qrupu olan "Forza Neftçi" bəyanat yayıb.

Sportal.az xəbər verir ki, fanklub Premyer Liqanın XVI turunun "Neftçi" - "Qarabağ" oyunundan əvvəl və oyun zamanı azarkeşlərə qarşı edilmiş haqsızlığa etiraz edib:

Bəyanatı təqdim edirik:

"Forza Neftçi" olaraq, Azərbaycan Premyer liqasının son turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyunundan əvvəl  və oyun zamanı azarkeşlərə qarşı edilmiş haqsızlıqlara və onların həbs olunmasına etiraz edirik. Bu haqsızlığın növbəti oyunlarda bizə və digər azarkeş qruplarına qarşı edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Tribunada rəqib ola bilərik, amma hamımız Azərbaycan tribunasının inkişafına çalışırıq.

Bu haqsızlığı bir az daha göz önünə çıxarmaq üçün Azərbaycanın bütün azarkeş qruplarının qarşıdan gələn 2 oyunda iştirak etməyəcəyini bəyan edirik!"

Tarix: 6 Dekabr 2022 / 21:41
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

1 Fevral 2023
31  DekabrYanvar 2017