"Zenit"dən "Neftçi" və "Qarabağ"la adı hallanan futbolçu ilə bağlı açıqlama

Rusiyanın "Zenit" klubunun baş direktoru Aleksandr Medvedev adı "Qarabağ" və "Neftçi" ilə hallanan Nurali Aliplə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "sport24.ru" saytına danışan klub rəsmisi qazaxıstanlı müdafiəçinin Sankt-Peterburq təmsilçisindən ayrılacağı xəbərlərini təkzib edib:

 

“Alipin “Zenit”dəki gələcəyi yaxın zamanda məlum olacaq. Klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlər yalandır. Rəsmi məlumatı gözləyin”.

 

Qeyd edək ki, Nurali Alip müqavilə ilə Qazaxıstanın "Kayrat" klubuna məxsusdur. 23 yaşlı mərkəz müdafiəçisi icarə əsasında "Zenit"də çıxış edir.

Tarix: 7 Dekabr 2022 / 11:19
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

1 Fevral 2023
31  DekabrYanvar 2017