İtaliya klubu "Fənərbaxça"nın hücumçusunu istəyir

"Fənərbaxça"nın hücumçusu Enner Valensiya karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, ekvadorlu forvardın xidmətində "Fiorentina" maraqlıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

 

Dünya çempionatında uğurlu performans sərgilələn 33 yaşlı futbolçu Florensiya təmsilçisinin idman direktoru Nikolas Burdissonun diqqətini cəlb edib. İtalyanlar qış transfer pəncərəsi zamanı təcrübəli qolçunu transfer etməyə çalışacaq.

 

Qeyd edək ki, Enner Valensiya cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 20 matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Qətərdə keçirilən dünya çempionatında isə 3 matçda 3 qol vurub.

Tarix: 7 Dekabr 2022 / 13:16
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7  DekabrFevral 2017