"Bavariya" Keyni qışda transfer etmək istəyir

"Bavariya" qışda "Tottenhem"in hücumçusu Harri Keynin transferi üçün cəhd edəcək.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Münhen klubu 29 yaşlı forvard üçün artıq danışıqlara başlayıb.

Amma London təmsilçisi aparıcı üzvünü buraxmaq fikrində deyil.

Onun “Tottenhem”lə 2024-cü ilin iyun ayına qədər müqaviləsi qüvvədədir.

İngiltərə millisinin forvardı  2009-cu ildən "Tottenhem"də çıxış edir. O, "Leyton", "Miloul", "Norviç" və "Lester"də oynayıb. 

Tarix: 7 Dekabr 2022 / 17:18
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

7  DekabrFevral 2017