AFFA klublarımız üçün seminar keçirib

Bu gün Lisenziyalaşdırma Qrupu tərəfindən Misli Premyer Liqası və Birinci Divizion yarışlarında çıxış edən klubların lisenziyalaşdırma üzrə menecerlərinin və yeni təyin olunmuş Futbolda Sosial Məsuliyyət üzrə təyin olunmuş məsul şəxlərin iştirakı ilə Futbolda Sosial Məsuliyyət meyarları üzrə onlayn seminar təşkil olunub.

Sportal.az xəbər verir ki, seminarda cari lisenziyalaşdırma mövsümündən klublar tərəfindən yeni yerinə yetirilməli olduğu meyarlar müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

​Xatırladaq ki, cari mövsümdən etibarən, Klubların Lisenziyalaşdırılması sistemi çərçivəsində idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarından əlavə olaraq, UEFA tərəfindən yeni Futbolda Sosial Məsuliyyət meyarı tətbiq olunur.

Tarix: 7 Dekabr 2022 / 18:18
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

1 Fevral 2023
31  DekabrYanvar 2017