Qazaxıstan mətbuatı "Zenit"in futbolçusu haqda: "İnkişaf üçün Bakıya getməsi məsləhətdir"

Qazaxıstan milli komandasının və "Zenit"in müdafiəçisi Nuralı Alip karyerasını "Neftçi" və "Qarabağ"da davam etdirmək variantı var.

Sportal.az xəbər verir ki, Qazaxıstanın vesti.kz portalı müdafiəçinin "Zenit"dən ayrılmasının daha yaxşı olduğunu yazıb. 

Belə ki, qazaxıstanlı həmkarlarımız Alipin karyerasını Azərbaycanda davam etdirməsinin özü üçün də yaxşı olacağını qeyd edib: "O, "Zenit"də qəfəsdəki qızıl kimidir. 10-15 dəqiqə meydana çıxması ona kifayət etməyəcək. Əgər “Zenit” və "Qarabağ” arasında seçim edirsə, inkişafı üçün Bakıya getməsi məsləhətdir. Bundan əlavə, avrokubok faktoru var. Bu isə daha vacibdir".

22 yaşlı futbolçu müqavilə ilə “Kayrat”a məxsusdur. O, 2022-ci ildən “Zenit”ə icarəyə verilib.

Mirbağırağa

Tarix: 7 Dekabr 2022 / 19:14
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

1 Fevral 2023
31  DekabrYanvar 2017