Azər Bağırov rəsmən "Qəbələ"də

21:14 - 14 Oktyabr 2019

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əsas komandada yeni məşqçi təyinatı rəsmiləşib. Azər Bağırov mövsümün sonunadək "Qırmızı-qaralar"da çalışacaq.

 

“Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. O, məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.

 

MOİK ötən mövsüm Bağırovun rəhbərliyi altında divizionun qalibi olmuşdu.

 

Xəbər xətti